Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 2026-cı il dünya çempionatından sonra vəzifəsindən gedə bilər.
Milli.Az xəbər verir ki, 52 yaşlı ispaniyalı mütəxəssis 2026-cı ilin iyulunda başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib. Bildirilir ki, Martines yığmanın DÇ-2026-dakı nəticəsindən asılı olmayaraq Portuqaliya millisindən ayrılacaq. O, gələcəkdə İngiltərəyə qayıtmaq və ya başqa bir milli komandaya rəhbərlik etmək variantlarını da nəzərdən keçirir.
Qeyd edək ki, Roberto Martines 2023-cü ildən Portuqaliya millisini çalışdırır. O, bundan əvvəl 2016-2022-ci illərdə Belçika yığmasına rəhbərlik edib. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)