Türkiyəli aktyor Ozan Akbaba 25 il sonra Karsda doğulduğu evə gedib.
Milli.Az xəbər verir ki, bu barədə aktyor sosial media hesabında paylaşım edib.
"25 il sonra, doğulduğum evdə... Hava, külək, səslər eynidir. Həyətdəki otlar və çiçəklər, qoxular eynidir. Qəribə bir hissdir.
Böyüdüm, çox şey gördüm, fırtınaya dözdüm, qorxu, kədər və sevinc yaşadım. Böyüdüm, amma çiçəklərin üzərinə düşən kölgəm eynidir. Çünki düşünürəm ki, bu qədər dəyişsəm də, çiçəklər heç dəyişməyib və şükürlər olsun ki, dəyişməyiblər... Bəxtim gətirib" deyə, aktyor əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Rafet El Roman da doğulduğu evi nümayiş etdirmişdi. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)