"Qarabağ"ın yeni transferi - Samuel Lobato

16 İyun 2026 19:57

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

Milli.Az xəbər verir ki, Portuqaliyanın "Portimonense" klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato "Qarabağ"a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandamızda 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən "Portimonense"də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur "Sportinq" klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin "Famalikao", B SAD və "Tondela" klublarında da çıxış edib.

Qeyd edək ki, Samuel Lobato yay transfer pəncərəsində komandamıza qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.

Milli.Az