Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi

16 İyun 2026 18:54

İran millisinin hücumçusu Mehdi Torabi DÇ-2026-da viza problemi ilə üzləşib.

Milli.Az xəbər verir ki, 31 yaşlı futbolçunun ABŞ vizasının müddəti Yeni Zelandiya ilə qrup mərhələsinin ilk tur oyunundan (2:2) sonra başa çatıb.

Torabi həmin görüşün iştirak ərizəsinə daxil edilsə də, meydanda şans qazanmayıb. İran Futbol Federasiyası isə futbolçunun vizasının ABŞ-a yalnız bir dəfə giriş üçün nəzərdə tutulduğunu açıqlayıb.

Bildirilir ki, qurum hazırda hücumçunun turnirin növbəti matçlarında da iştirak edə bilməsi üçün vizanın uzadılması istiqamətində iş aparır.

Qeyd edək ki, İran millisinin təlim-məşq bazası ABŞ-la sərhədə yaxın Meksika ərazisində yerləşir. Komanda növbəti oyununu iyunun 21-də Los-Ancelesdə Belçika yığmasına qarşı keçirəcək. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)