2026-cı il FIFA Dünya Kubokunun G qrupunun TRT 1 kanalında yayımlanan İran-Yeni Zelandiya matçı zamanı şərhçinin ilk dəqiqələrdə iki komandanı səhv təqdim etməsi mübahisəyə səbəb olub.
Milli.Az xəbər verir ki, təxminən dörd dəqiqə davam edən şərh səhvi matçın ən çox müzakirə olunan detallarından birinə çevrilib.
Şərhçi İranın hücumlarını Yeni Zelandiya hücumları, Yeni Zelandiyanın mövqelərini isə İranın hücumları kimi xarakterizə edib.
İranlı ulduz oyunçu Mehdi Taremi matçın sonrakı hissələrində ekranda göründükdə qarışıqlıq sona çatıb və şərhçi səhvini anlayaraq tamaşaçılardan üzr istəyib.
Qeyd edək ki, Los-Ancelesdə İran və Yeni Zelandiya 2-2 hesablı heç-heçə ilə oyunu sonlandırıblar.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)