"Moskvada Putinlə görüşə getməyəcəm" - Zelenski

16 İyun 2026 17:31

Mən Moskvada Putinlə görüşə getməyəcəyəm, bu oyunları oynamıram.

Milli.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Biz Türkiyədə, İsveçrədə və ya Yaxın Şərqdə görüşə bilərik, amma o, hələlik müharibəni bitirmək istəmir. Rusiya bilməlidir ki, qış bizim üçün dəhşətli keçib və onlar üçün də asan olmayacaq", - Zelenski bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə G7 sammiti çərçivəsində görüş təklif etsə də, Putin təklifi rədd etmişdi. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)