Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq

16 İyun 2026 16:23

Azərbaycan millisinin futbolçusu Toral Bayramovnu heyətinə qatan Türkiyənin "Bursaspor" klubu növbəti transfer hədəfi ilə gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqaya yüksələn Bursa təmsilçisi hücum xəttini gücləndirmək üçün İtaliya millisinin sabiq üzvü Stefan El Şaravi ilə maraqlanır.

33 yaşlı futbolçu son mövsümü İtaliyanın "Roma" klubunda keçirib və hazırda azad agent statusu daşıyır. Bildirilir ki, tərəflər arasında ilkin şifahi danışıqlar başlayıb.

Transferin reallaşacağı təqdirdə, Toral Bayramov yeni mövsümdə El Şaravi ilə eyni komandada çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü bir neçə gün əvvəl "Qarabağ"dan "Bursaspor"a transfer olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)