Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO

16 İyun 2026 15:42

Hollandiyada yaşayan türkiyəli sosial media fenomeni Ramazan Bayram Afrikada etdiyi yardım aksiyası ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, fenomen bildirib ki, səfər zamanı bölgədə yaşayan uşaqların uzun müddətdir gigiyenik imkanlardan məhrum olduğunu müşahidə edib. Onun sözlərinə görə, bəzi uşaqlar təxminən bir ildir çimmək imkanı əldə etməyiblər.

Bu vəziyyətə biganə qalmayan bloqer özü ilə gətirdiyi su çəni və şampun vasitəsilə uşaqlar üçün yuyunma şəraiti yaradıb. O, uşaqları çimizdirərək onların sevincinə səbəb olub.

Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılaraq geniş izlənilib və istifadəçilər tərəfindən humanitar addım kimi dəyərləndirilib.

Musa