Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kafelərdən birində baş verib. İlkin məlumata görə, şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 21 yaşlı Bayandur Hüseynov tanışı, 20 yaşlı Mətləb Rzayevə bıçaqla xəsarət yetirib. Nəticədə M.Rzayev ayaq nahiyəsindən xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Asya