Covanni van Bronkhorstun yeni klubu bəlli oldu

16 İyun 2026 12:30

Niderlandlı mütəxəssis Covanni van Bronkhorst yenidən "Feyenoord"un sükanı arxasına keçməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, Rotterdam təmsilçisi təcrübəli məşqçi ilə 2 illik müqavilə bağlamaq niyyətindədir. O, bu postda Robin van Persini əvəz edəcək.

Covanni van Bronkhorst ötən mövsüm İngiltərənin "Liverpul" klubunda Arne Slotun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışıb. Bildirilir ki, o, yeni komandasında da həmin heyətdə yer alan Sipke Hulşoffla birlikdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Van Bronkhorst 2015-2019-cu illərdə də "Feyenoord"a rəhbərlik edib. Onun rəhbərliyi altında klub 2017-ci ildə Niderland çempionu adını qazanmışdı.

Xatırladaq ki, Rotterdam təmsilçisi Erediviziyanın 2025/2026 mövsümünü ikinci pillədə tamamlayıb.

Hüseyn