Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirəcək.
Milli.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin yeni ünvanı Türkiyə I Liqasında çıxış edən "Vanspor" olub. Klub milli üzvlə 2 illik müqavilə imzaladığını rəsmən açıqlayıb.
Ozan Can Kökçü son olaraq Niderlandın "Volendam" komandasında çıxış edirdi. Təcrübəli futbolçunun yeni mövsümdən etibarən "Vanspor"un formasını geyinəcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü müxtəlif ölkələrdə qazandığı təcrübəni bundan sonra Türkiyə futbolunda nümayiş etdirəcək.
Hüseyn