Paytaxtın pullu çimərliklərindən yeni qiymət siyahısı: Giriş neçəyədir?

16 İyun 2026 11:36

Dünəndən etibarən ölkəmizdə dəniz mövsüm başlayıb. İnsanlar istirahət üçün Bakıda və Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşən çimərliklərə üz tuturlar.

Milli.Az bəzi məşhur çimərliklərin giriş qiymətlərini araşdırıb:

"Amburan Beach Club"da giriş haqqı həftəiçi 25 AZN, həftəsonu isə 35 AZN-dir. Qiymətə çimərlik, hovuzlar, şezlonq, çətir və dəsmaldan istifadə daxildir. 9 yaşadək uşaqlar üçün giriş pulsuzdur.

"White Beach Club"da giriş həftəiçi 35 AZN, həftəsonu 50 AZN təşkil edir. Ziyarətçilər çimərlikdən, şezlonq və çətirlərdən, həmçinin duş və soyunub-geyinmə otaqlarından istifadə edə bilirlər.

"Dream Beach" ən sərfəli seçimlərdən biri hesab olunur. Burada giriş həftəiçi 20 AZN, həftəsonu isə 30 AZN arasında dəyişir.

"Mambo Beach Club"da giriş qiyməti həftəiçi 25 AZN, həftəsonu isə 30 AZN təşkil edir. Qiymətə çimərlik, hovuz və şezlonqdan istifadə daxildir.

"Sea Breeze Beach"də isə giriş haqqı 50 manatdır. Qiymətə dəsmal, bu ərazidəki hovuzlar və çimərlik daxildir. Ziyarətçilər çimərlik, şezlonq və ümumi istirahət zonalarından yararlana bilirlər.

Qeyd edək ki, qiymətlər mövsüm ərzində, xüsusilə həftəsonları və xüsusi tədbirlər zamanı dəyişə bilər. Buna görə də istirahətə yollanmadan əvvəl çimərliklə əlaqə saxlayaraq son qiymətləri dəqiqləşdirmək tövsiyə olunur.

Ayxan
Milli.Az