Qəfil vəfat edən aktrisa Ece İrtemin anası ilə son görüntüləri - VİDEO

16 İyun 2026 11:29

Xəbər verdiyimiz kimi, aktrisa Ece İrtem günorta saatlarında anası ilə birlikdə yaşadığı İstanbulun Kadıköy bölgəsindəki evində otağında hərəkətsiz tapılıb .

Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, ilkin məlumatlara görə, gənc aktrisa qəfil ürək tutmasından ölüb. Lakin onun cəsədi ölümün dəqiq səbəbini müəyyən etmək üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib . Rəsmi hesabatın yarılma başa çatdıqdan sonra ictimaiyyətə açıqlanması gözlənilir.

Ece İrtemin ölümündən qısa müddət əvvəl təhlükəsizlik kamerasının qeydə aldığı görüntülər də müzakirə mövzusuna çevrilib. Görüntülərdə aktyorun anası ilə birlikdə yaşadığı mənzil binasına girdiyi də görünür.

Qeyd edək ki, uğurlu aktrisa ekranda təkcə "Kızılcık Şərbəti" ilə deyil , həm də "Mahkum"da Ferda, "Bay Yanlış"da Gizem Sezer, "Payitaht Abdülhamid"də Robina və "Yeni Gelin"də Afet rollarında yer alıb. Həm gözəlliyi, həm də aktyorluq performansı ilə diqqət çəkən İrtəm son illərin ən sevilən televiziya simalarından birinə çevrilmişdi.

Fidan