Məşhur fransız filmlərində rol alan aktyor və rejissor Kristian Bujeau 81 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, aktyor və rejissor karyerası boyunca bir çox uğurlu filmlərdə, o cümlədən diş həkimi Jan-Pyer Qular rolunu oynadığı "Les Visiteurs" , "Pédale Douce" və "La vérité si je men 2" filmlərində rol almışdır.

O, həmçinin televiziyada da tanış sima olub və "Louis la Brocante", "Kaamelott", "H" və "Josephine, ange gardien " daxil olmaqla onlarla serialda rol almışdır. Bu yaxınlarda isə o, "Alibi.com" filmində rol alıb.
Qeyd edək ki, konservatoriyanın milli dram incəsənəti üzrə ali təhsilini alan aktyor həmçinin səhnədə məhsuldar karyerasına da sahib olub və ilk rolunu 1975-ci ildə oynayıb. Kristian Bujeau həmçinin Montreyuildəki Jan-Perimoni məktəbində dram müəllimi olub.
Fİdan