"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.
Milli.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Püşkatmada "Qarabağ"ın mümkün rəqibləri aşağıdakı klublardır: Slovakiyanın "Jilina", Serbiyanın "Novi Sad", Rumıniyanın "Universitate Kluj", Sloveniyanın "Alyuminiy", İrlandiyanın "Derri Siti" və İslandiyanın "Vestri" komandaları.
Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.