Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 175 kvadratmetr olan, bir dam altında yerləşən 7 boksdan ibarət avtomobil təmiri sexinin yağdəyişmə hissəsində baş vermiş yanğın genişlənmədən və digər bokslara yayılmadan qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin iki boksunun yanar konstruksiyaları və dam hissəsinə yığılmış təkərlər təxminən 50 kvadratmetr sahədə yanıb.
Sexin böyük hissəsi yanğından mühafizə olunub.