Bakıda səhər saatlarından etibarən bir sıra əsas magistral və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac müşahidə edilir:
Bakı-Sumqayıt şosesində, "20 Yanvar" metrostansiyası istiqamətində;
Alı Mustafayev küçəsində, Ziya Bünyadov prospekti istiqamətində;
Tbilisi prospektində, "20 Yanvar" metrostansiyasından şəhər mərkəzi istiqamətində;
Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
Sabunçu-Zabrat şosesində, "Koroğlu" metrostansiyası istiqamətində;
Qara Qarayev prospektində, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
Mikayıl Əliyev küçəsində, Neft Emalı Zavodunun yaxınlığından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyədək);
1-ci Gölkənarı yolda, Ziya Bünyadov prospekti istiqamətində;
8 Noyabr prospektində, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində.
Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.