Türk rəqqasə Asenanın son halı izləyiciləri təəccübləndirib.
Milli.Az xəbər verir ki, fotolarda rəqqasənin üzündə aparılan prosedurlar diqqət cəlb edib. Bir çox izləyicilər bu prosedurları uğursuz adlandırıb.
Qeyd edək ki, Asena iş adamı Kani Kudu ilə yaşadığı münasibətdən sonra Yalovadakı ferma həyatına keçib. Rəqqasə burada qoyunlar, quzular, keçilər, inəklər və itlərlə təbiətlə iç-içə bir həyat sürür. Gündəlik həyatının böyük hissəsini fermada keçirən Asena heyvanlara olan sevgisini və bağlılığını "uşaqlarım" ifadəsi ilə təsvir edir. (olay)
Milli.Az