Mərhum meyxanaçı Elnur Valehin qızı etdiyi paylaşımla sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, 11-ci sinfi başa vuran gənc qız həyatının ən önəmli günlərindən birində atasını unutmayıb. O, məzuniyyət sevincini ilk olaraq mərhum atasının məzarını ziyarət etməklə bölüşüb.
Yayılan görüntülərdə məzun geyimində olan gəncin atasının məzarı başında keçirdiyi duyğulu anlar əks olunub. Kadrlarda hiss olunan kövrək məqamlar izləyiciləri də təsirləndirib.
Paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və çoxsaylı rəylər toplayıb. Bir çox istifadəçi gəncin bu addımını atasına olan sədaqət və sevginin nümunəsi kimi qiymətləndirib.
Təsirli görüntülər sosial mediada müzakirələrə səbəb olub və izləyicilər tərəfindən böyük həssaslıqla qarşılanıb.
Musa