Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var

15 İyun 2026 21:22

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, qəza şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza nəticəsində 1984-cü il təvəllüdlü Q.Mehdiyev, 1977-ci il təvəllüdlü A.Bədirov, 1985-ci il təvəllüdlü R.Cəfərov və 2016-cı il təvəllüdlü Q.Mehdiyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az