“Qalatasaray” keçmiş futbolçusunu geri qaytarır

15 İyun 2026 21:00

Türkiyə çempionu "Qalatasaray" yay transfer dövründə heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi vaxtilə öz yetirməsi olan Emin Bayramı yenidən komandaya qaytarmaq niyyətindədir. Klubun 22 yaşlı müdafiəçinin transferi ilə bağlı rəsmi danışıqlara başladığı bildirilir.

Hazırda Belçikanın "Vestərlo" klubunda çıxış edən Emin Bayram son mövsümdə nümayiş etdirdiyi oyunla diqqət çəkib. Müdafiəçinin həm müdafiədə etibarlı çıxışı, həm də hava toplarında üstünlüyü "Qalatasaray"ın marağına səbəb olub.

Məlumata görə, "sarı-qırmızılılar" yerli oyunçu alternativlərini artırmaq məqsədilə Emin Bayramın transferini prioritet məsələlərdən biri hesab edir. Tərəflər arasında danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.

Qeyd edək ki, Emin Bayram ötən mövsüm "Vestərlo"nun heyətində 39 oyunda meydana çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi ümumilikdə 3412 dəqiqə meydanda olub. (Offsideplus.az)

Milli.Az