Ağdamda çobanlar arasında dava qanla bitdi

15 İyun 2026 17:13

Ağdamda çobanlar arasında yaranan mübahisə silahlı insidentlə nəticələnib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, yeyib-içdikdən sonra çobanlar arasında başlayan mübahisə daha sonra silahlı qarşıdurmaya çevrilib.

1979-cu il təvəllüdlü Elşad Gözəlov ov tüfəngi ilə 1975-ci il təvəllüdlü Rövşən Şirinova atəş açıb. Nəticədə R.Şirinov qol nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra Elşad Gözəlovun həmin silahla özünə atəş açdığı və həyatını itirdiyi bildirilir.

Yaralının müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Faktla bağlı araşdırma aparılır.