15 İyun - Milli Qurtuluş Günü münasibətilə Baş nazir Əli Əsədov Fəxri xiyabana gedib.
Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, Ə.Əsədov müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.