ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla yekun nüvə sazişi əldə olunmadığı təqdirdə Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları yenidən başlatması mümkündür.
Milli.Az xəbər verir ki, o, həmçinin bildirib ki, İranla nüvə danışıqlarının növbəti mərhələsinin bu həftə İsveçrədə keçirilməsi gözlənilir.
Trampın sözlərinə görə, əldə olunacaq razılaşma Hörmüz boğazı üzərindən gəmiçiliyin daimi və rüsumsuz şəkildə davam etməsini də təmin etməlidir.
ABŞ lideri müsahibəsində Netanyahu barədə də danışaraq, İranla sülh danışıqları fonunda Livana endirilən son zərbələrin yersiz olduğunu bildirib. O qeyd edib ki, İsrail ABŞ-ın bölgədəki səylərini qiymətləndirməlidir.
Fidan