Dünya çempionatı: Fil Dişi Sahili və İsveç qalib gəldi

15 İyun 2026 08:50

Futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  E qrupunda Fil Dişi Sahili - Ekvador komandaları qarşılaşıblar. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Matçın ikinci hissəsində Fildişi Sahili əsas vaxtın son dəqiqələrində hesabı açıb - 1:0.

Fildişi Sahili seçməsi iyunun 20-də Almaniya millisi, 3-cü turda isə Kurasao yığması ilə qarşılaşacaq.

İsveç futbol millisi dünya çempionatının qrup mərhələsinin açılış oyununda Tunisi 5-1 hesabı ilə məğlub edib. Görüş Meksikada baş tutub.

Qalib komandanın heyətində Yasin Ayari 7-ci və matça əlavə olunmuş 2-ci dəqiqələrdə fərqlənərək dubl edib. Digər qolları isə Aleksander İsak (30), Viktor Dyökereş (59) və Mattias Svanberq (86) vurublar. Məğlub komandanın yeganə qolunun müəllifi 43-cü dəqiqədə Omar Rekik olub.

Qrupun digər oyununda Niderland və Yaponiya 2-2 hesablı heç-heçə etdikdən sonra İsveç F qrupunda birinci yerə yüksəlib.