Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular

15 İyun 2026 00:02

Almaniya millisi dünya çempionatları tarixinə düşüb.

Milli.Az xəbər verir ki, DÇ-2026-nın E qrupunun ilk turunda Kürasaonu 7:1 hesabı ilə məğlub edən Almaniya yığması yeni rekord müəyyənləşdirib.

Bu qarşılaşmadan sonra almanlar dünya çempionatlarının final mərhələlərində vurduqları qolların sayını 239-a çatdırıblar. Bununla da onlar uzun illər rekordun sahibi olan Braziliya millisini (238 qol) geridə qoyublar.

Beləliklə, Almaniya mundiallar tarixində ən çox qol vuran milli komanda olub.

Milli.Az