Putinin vəzifə verdiyi İradə Zeynalova üzləşdiyi çətinlikdən danışdı

14 İyun 2026 21:37

Rusiyanın Mavrikidəki səfiri, keçmiş aparıcı İradə Zeynalova hazırkı işi barədə danışıb.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, o, səfir vəzifəsində çalışmağın inanılmaz dərəcədə çətin olduğunu deyib.

Diplomat daim müxtəlif çətinliklərlə üzləşdiyini vurğulayıb:

"Həyatımda heç vaxt bu qədər uzun, bu qədər ağır və davamlı, nəfəs dərmədən işləməmişəm".

Qeyd edək ki, İ.Zeynalova 2024-cü ilin sentyabr ayında Mavriki Respublikasına səfir təyin edilib. Bu fərmanı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

Onun atası Aftandil İsabalı oğlu Zeynalov azərbaycanlıdır, anası Qalina Alekseyevna isə milliyətcə rusdur.

Milli.Az