İsrail qırıcıları Beyrutu hədəfə aldı

14 İyun 2026 15:09

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta hava zərbələri endirib.

Bu barədə Milli.Az İsrail mətbuatına istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Beyrutun müəyyən əraziləri hədəf alınıb. Hadisənin nəticələri və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. İsrail tərəfi əməliyyatın məqsədi barədə də ətraflı açıqlama verməyib.