Ötən həftə "Şamaxı"dan ayrılan Sezar Henrike Ermənistan klubuna keçib.
Braziliyalı müdafiəçi "Alaşkert"lə müqavilə imzalayıb.
Milli.Az unikal.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm "Şamaxı"da 33 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.