Naxçıvanda müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Azərbaycan Hava Yolları (AZAL) 14 iyun 2026-cı il üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı reyslərini ləğv edib.
Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hava şəraiti normallaşdıqdan sonra uçuşların icrasına yenidən başlanılacaq və sərnişinlər mümkün dəyişikliklərlə bağlı əvvəlcədən məlumatlandırılacaqlar.