Qızıl bahalaşdı

14 İyun 2026 13:25

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində ciddi artım qeydə alınıb.

Milli.Az xəbər verir ki, bir troya unsiyası qızıl 124,8 dollar bahalaşaraq 4 238,8 dollara yüksəlib.

Eyni zamanda gümüşün qiyməti də artıb - 3,97 dollar bahalaşma ilə 67,97 dollar səviyyəsinə çatıb.