Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.
DİN-in mətbuat xidmətinin Milli.Az-a verdiyi məlumata əsasən, əməliyyat zamanı paytaxt ərazisində narkokuryerlik fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən 45 yaşlı Teymur Bağırov saxlanılıb. Onun üzərindən və idarə etdiyi istiqamətlərdə ümumilikdə 30 kiloqrama yaxın narkotik vasitə - marixuana aşkarlanaraq götürülüb.
Bildirilib ki, saxlanılan şəxs ifadəsində həmin narkotik vasitələrin paytaxt ərazisində satış məqsədilə müxtəlif ünvanlara çatdırılmasını planlaşdırdığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, T.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.