Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb. Görüş zamanı ABŞ və İran arasında bu gün imzalanması gözlənilən memorandum və regional vəziyyət ətrafında fikir mübadiləsi edilib.
Milli.Az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin "X" hesabında yayılan məlumata görə, tərəflər ABŞ-İran xəttində müşahidə olunan müsbət dinamikanı alqışlayıblar.
Qeyd olunub ki, bu irəliləyişlərin regionda davamlı sülh və sabitliyə töhfə verəcəyi gözlənilir. Hər iki nazir gələcək proseslər üzrə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Xatırladaq ki, ABŞ ilə İran arasında razılaşmanın bu gün imzalanacağı barədə məlumatı Ağ Ev rəhbəri Donald Tramp da təsdiqləyib.