La-Manşda əməliyyat: Neft tankeri Britaniya tərəfindən saxlanıldı

14 İyun 2026 11:55

Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiya Federasiyasının "kölgə donanmasına" məxsus neft tankerini ələ keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer "X" sosial şəbəkə hesabında paylaşım edib.

Baş nazir bildirib ki, səhər saatlarında Silahlı Qüvvələrə La-Manşdan keçməyə cəhd edən "kölgə donanması"na aid neft tankerinin ələ keçirilməsi barədə göstəriş verilib.

Onun sözlərinə görə, həyata keçirilən əməliyyat Rusiyaya qarşı növbəti addım kimi qiymətləndirilir və Ukraynada davam edən müharibəni dəstəkləyənlərə xəbərdarlıq mesajı daşıyır.

Starmer həmçinin ölkənin təhlükəsizliyinin təmin olunmasında iştirak edən hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

Baş nazir əlavə detalları açıqlamayıb.