Konqoda Ebola halları artır: 700-dən çox yoluxma, 149 ölüm

14 İyun 2026 10:12

Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola qızdırması hallarının sayı 700-ü ötüb.

Milli.Az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək 710 yoluxma halı laboratoriyada təsdiqlənib. Xəstəlik nəticəsində 149 nəfər həyatını itirib.

Bildirilib ki, virusdan ölüm nisbəti 21 faiz olaraq qiymətləndirilir.