ABŞ-ın Vaşinqton ştatında hərbi təyyarənin qəzaya uğraması nəticəsində meşə yanğını baş verib.
Milli.Az xəbər verir ki, məlumata görə, hadisə Yakima dairəsində qeydə alınıb.
Pilot katapult edərək təyyarəni tərk edib və xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbləri hələlik açıqlanmayıb.
Bildirilib ki, qəza nəticəsində Rimrok gölü yaxınlığında meşə yanğını başlayıb.
Hadisə yerinə xilasedicilər və yanğınsöndürmə briqadaları cəlb olunub, ərazidə istirahət edən şəxslər isə təxliyə ediliblər.
Faktla bağlı araşdırma aparılır.