ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha iki qarşılaşma keçirilib.
Milli.Az xəbər verir ki, C qrupunda Şotlandiya millisi Haiti yığması ilə üz-üzə gəlib. Qarşılaşma şotlandların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
D qrupunda isə Türkiyə millisi Avstraliya seçməsi ilə münasibətlərinə aydınlıq gətirib. Görüş Avstraliya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, qrupun digər oyununda ABŞ millisi Paraqvaya 4:1 hesabı ilə qalib gəlib.
_____________
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ikinci hissə başlayıb.
Milli.Az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun qarşılaşmasında "ay-ulduzlu"lar hesabda geridədirlər - 0:1.
Matçın 27-ci dəqiqəsində Nestori İrankunda fərqlənib.
_____________
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ilk yarı başa çatıb.
Milli.Az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun qarşılaşmasında Türkiyə millisi fasiləyə məğlub yollanıb - 0:1.
Hesabdakı yeganə qolu 27-ci dəqiqədə Nestori İrankunda vurub.
_____________
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda hesab açılıb.
Milli.Az xəbər verir ki, D qrupunun matçında Avstraliya millisi önə keçib.
27-ci dəqiqədə Nestori İrankunda adını tabloya yazdırıb.
____________
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə qarşılaşmasına start verilib.
Milli.Az xəbər verir ki, D qrupunun oyunu "BC Place Vancouver" stadionunda keçirilir.
Matçın baş hakimi venesuelalı FIFA referisi Xesus Valensueladır.