Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunub.
Milli.Az xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 3,05 dollar ucuzlaşaraq 87,33 dollara enib.
Nyu-Yorkun NYMEX birjasında isə "Light" markalı neftin bir barelinin qiyməti 2,83 dollar azalaraq 84,88 dollar təşkil edib.