İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO

15 İyun 2026 12:33

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkib.

Milli.Az xəbər verir ki, kadrlarda bir pişiyin ilk dəfə gördüyü tısbağaya verdiyi reaksiya əks olunub. Tısbağa ilə qarşılaşan pişik əvvəlcə ona ehtiyatla yaxınlaşaraq maraqla müşahidə edib.

Xüsusilə heyvanın təəccüb dolu baxışları və tərəddüdlü hərəkətləri izləyicilərdə gülüş doğurub. Pişiyin tısbağanı anlamağa çalışdığı anlar sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Görüntülər qısa müddətdə geniş yayılıb və minlərlə baxış toplayıb. İstifadəçilər paylaşım altında pişiyin reaksiyasını əyləncəli adlandıraraq çoxsaylı şərhlər yazıblar.

Gülməli anlar sosial şəbəkələrdə günün ən çox izlənilən videolarından birinə çevrilib.

Musa