İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian

13 İyun 2026 22:30

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İsrail 12 günlük müharibə zamanı xalqın iradəsini zəiflətməyə çalışsa da, məqsədinə çata bilməyib.

Milli.Az xəbər verir ki, Pezeşkian bunu 12 günlük müharibənin ildönümü ilə bağlı xalqa müraciətində qeyd edib.

"Xalqın mətanəti, liderin rəhbərliyi və silahlı qüvvələrin hazırlığı bu məqsədlərə çatmağa mane olub", - o vurğulayıb.

Xatırladaq ki, 13 iyun 2025-ci il tarixində ABŞ-nin dəstəyi ilə İsrailin İrana qarşı genişmiqyaslı hava hücumları ilə başlayan və 24 iyun 2025-ci ildə tərəflər arasında əldə olunan atəşkəs razılaşması ilə başa çatan münaqişədə minə yaxın insan ölüb, 5800 nəfər yaralanıb.

Həlak olanlar arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami, SEPAH-ın Aerokosmik Qüvvələrinin baş komandanı Əmir Əli Hacızadə, tanınmış nüvə alimi Fereydun Abbasi kimi şəxslər olub.

Bu münaqişədə 29 İsrail vətəndaşı həlak olub, 2400-dən çox şəxs yaralanıb.

Qeyd edək ki, İranın mühüm nüvə obyektləri hədəf alınıb./"Report"