DÇ-2026: Türkiyə ilk sınağına çıxır

13 İyun 2026 21:00

2026-cı il dünya çempionatında D qrupunda mübarizə davam edir.

Milli.Az xəbər verir ki, qrupun ikinci matçında Türkiyə yığması Avstraliya ilə qarşılaşacaq.

Vankuverdə keçiriləcək görüş iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Qeyd edək ki, qrupun ilk matçında ABŞ Paraqvayı 4:1 hesabı ilə məğlub edib./Apasport.az