İngiltərə millisi ABŞ-da qarət olundu

13 İyun 2026 20:25

İngiltərə millisi dünya çempionatı ərəfəsində ABŞ-da qarət olunub.

Milli.Az xəbər verir ki, ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində polis əməkdaşları İngiltərə futbol millisinin avadanlıqlarının oğurlanmasında şübhəli bilinən iki nəfəri saxlayıb.

Qeyd edək ki, İngiltərə millisi 2026-cı il dünya çempionatında L qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Xorvatiya, Panama və Qana yığmaları olacaq./Lent.az