Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

13 İyun 2026 20:05

Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 14-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.