Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

13 İyun 2026 19:27

Çövkən üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, komanda finalda Çili seçməsini məğlub edib.

Qarşılaşma 3:0 hesabı ilə bitib.

Bürünc medal uğrunda görüşdə Uruqvay komandası Nigeri 3:2 hesabı ilə üstələyib.