Kürdəmirdə avtomobillər toqquşdu - Xəsarət alanlar var - FOTO

13 İyun 2026 18:53

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib. 

Milli.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki "Mersedes" markalı yük maşını ilə "Şevrolet" markalı avtomobil toqquşub. 

Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 2 nəfər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"