Qazi vəfat etdi - FOTO

13 İyun 2026 15:15

Lənkəran rayonunda qazi vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şilavar kənd sakini 45 yaşlı Vüqar Quliyev insult keçirərək qəfil dünyasını dəyişib.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan Vüqar Quliyev N saylı hərbi hissədə gizir vəzifəsində xidmət edib.

O, döyüş əməliyyatlarında fəal iştirak edib və aldığı xəsarətlərə görə qazi statusu alıb.