AZAL Bakıdan Naxçıvana uçuşları bərpa etdi

13 İyun 2026 10:28

AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.

Qeyd edilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.