Serdar Ortaçın səhhəti ağırlaşdı

13 İyun 2026 10:15

Türkiyəli müğənni Serdar Ortaç səhhəti ilə bağlı yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, uzun illərdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan sənətçinin vəziyyətinin ağırlaşdığı bildirilir. Məlumata görə, ifaçı son dövrlərin ən ciddi xəstəlik tutmalarından birini keçirib.

Serdar Ortaçın təxminən iki həftədən artıqdır ki, həkim nəzarəti altında müalicə aldığı qeyd olunur. Səhhətində yaranan problemlər səbəbindən onun səhnə fəaliyyətinə də müvəqqəti ara verməli olduğu bildirilib.

Müğənninin qarşıdakı günlər üçün nəzərdə tutulan konsert və proqramları təxirə salınıb. Yaxın çevrəsinin sözlərinə görə, hazırda əsas diqqət sənətçinin müalicə prosesinə yönəldilib.

Serdar Ortaçın sağlamlıq durumu ilə bağlı yayılan məlumatlar pərəstişkarlarını narahat edib və sosial şəbəkələrdə ona çoxsaylı dəstək mesajları ünvanlanıb.

Musa