Türkiyədə zəlzələ oldu

13 İyun 2026 09:10

Türkiyənin Qaziantep vilayətində zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, yeraltı təkanların gücü 4,6 bal olub. Zəlzələnin episentri Nurdağı rayonunda qeydə alınıb.

Rəsmi məlumatlarda bildirilir ki, zəlzələ ocağı yerin təxminən 7 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar ətraf ərazilərdə də hiss olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən monitorinq aparılır. İlkin məlumata əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

Hüseyn