Sosial şəbəkələrdə yayılan görüntülər ustaların təhlükəli iş üsulu ilə kondisioner quraşdırması ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, kadrlarda işçilərin yüksək mərtəbəli binada təhlükəsizlik qaydalarına əməl etmədən çalışdığı görünür. Məlumata görə, ustalar nərdivanı yerə uzadaraq iki nəfərin onun üzərində tarazlığı saxlaması ilə işləyib, üçüncü şəxs isə ən uc hissədə kondisionerin tənzimləməsi ilə məşğul olub.
Görüntülərdə işçilərin ciddi düşmə riski ilə üz-üzə qaldığı və hər an təhlükə ilə qarşılaşa biləcəkləri müşahidə olunur. Buna baxmayaraq, ustaların soyuqqanlı şəkildə işlərini davam etdirməsi diqqət çəkib.
Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər belə üsulların olduqca təhlükəli olduğunu vurğulayaraq, iş təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsinin vacibliyini qeyd ediblər.
Musa